reklam
“Neftçi”ni seyr etmək istəyən 25 avrosundan keçməlidi -
Sportfm.az xəbər saytı

“Neftçi”ni seyr etmək istəyən 25 avrosundan keçməlidi -Bilet qiyməti


Avstriyanın “Rapid” klubu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi cavab oyunu üçün biletlərin qiymətini açıqlayıb.

Sportfm.az Vyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroyadır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Avqustun 11-də keçiriləcək “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşma isə avqustun 4-də “Bakcell Arena”da baş tutacaq.

Oxşar xəbərlər

“Neftçi”nin rəqibi Bakıya yola düşdü - Konfrans Liqası
“Neftçi”nin görüşündə xorvatiyalı hakim
“Neftçi” nə vaxt meydana çıxacaq? - Məlum oldu
“Neftçi” – “Aris”: Biletlər satışda
"Neftçi"nin matçı 5 manata - biletlər satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər