Reytinqimizə əlavə xallar yazıldı
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Sportfm.az xəbər verir ki, bu, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan klublarımızın cavab oyunlarında əldə etdiyi uğurlu nəticələr sayəsində mümkün olub.
Belə ki, “Qəbələ” və “Neftçi” evdə müvafiq olaraq, Macarıstan “Fehervar”ına (2:1) və Kipr “Aris”inə (3:0) qalib gəlib. Digər təmsilçimiz “Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəyə nail olub. 3 komanda birlikdə Azərbaycanın aktivinə daha 0.625 xal gətirib. Bunun hərəyə 0.250 xalı “ağ-qaralar”la “qırmızı-qaralar”ın, 0,125 xalı isə “qartallar”ın payına düşüb.
Azərbaycan bu mövsüm üzrə xal sayını 1.250-yə, son 5 mövsüm üzrə 13.875-ə çatdırsa da, 29-cu pillədə qalıb. 28-ci pillədə 15.125 xala malik Polşa qərarlaşıbsa, bizi 12.375 xalı olan Sloveniya izləyir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |