reklam
Azərbaycan UEFA-nın reytinq cədvəlində gerilədi
Sportfm.az xəbər saytı

Azərbaycan UEFA-nın reytinq cədvəlində gerilədi


Avropa Liqasının I mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişikliklər olub. 

Sportfm.az xəbər verir ki, ölkəmiz reytinqdə 1 pillə geriləyib. 

“Keşlə” Malta səfərində “Baltsan”na 1:4, “Qəbələ” evdə Lüksemburqun “Proqres” klubuna 0:2 hesabıyla uduzdu. Təmsilçilərimizdən “Neftçi” doğma meydanda Macarıstanın “Uypeşt” klubunu 3:1 hesabıyla məğlub etməyi bacardı. “Ağ-qaralar” qalib gəlməklə Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb. 

İki klubumuzun xal qazanmamasına görə, Belarus ölkəmizi keçib. Azərbaycan UEFA reytinqində 17,125 xalla 55 ölkə arasında 22-ci pillədə qərarlaşıb. 

23-cü pillədə olan Serbiyanın 17,000, 21-ci pillədə olan Belarusun 17,375 xalı var.

Oxşar xəbərlər

"Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi
Reytinqimizə əlavə xallar yazıldı
Azərbaycan UEFA reytinqində irəlilədi - 1 pillə
"Neftçi" 11 pillə irəlilədi - UEFA reytinqi
"Qarabağ" nə etdin sən? - Aşağı yuvarlandıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər