reklam
Qələbə reytinqimizə xal gətirdi
Sportfm.az xəbər saytı

Qələbə reytinqimizə xal gətirdi


Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal hesabını açıb.

Sportfm.az xəbər verir ki, bu, “Qarabağ”ın Polşa “Lex”i ilə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub.

Bu qalibiyyət cari mövsümdə 4 klubla təmsil olunan Azərbaycanın aktivinə 0.250 xal gətirib.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını da 12.875-ə çatdırıb. Hazırda ölkəmiz bu göstərici ilə 55 UEFA üzvü arasında 29-cu pillədə qərarlaşıb. Bizdən öndə 13.750 xala malik Polşa qərarlaşıbsa, 30-cu yerdə Qazaxıstan (11.625) var.

Xatırladaq ki, Azərbaycanı bu mövsüm avrokuboklarda “Neftçi”, “Zirə” və “Qəbələ” də təmsil edəcək. Bu komandalar Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

Oxşar xəbərlər

“Qarabağ” hesabına irəliləyirik - UEFA reytinqi
"Neftçi" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi
Reytinqimizə əlavə xallar yazıldı
Qalib gəlsək də, yermizdə qaldıq - Reytinq cədvəli
Kubokun qalibi mübarizəyə Avroliqanın 1-ci mərhələsindən başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər