reklam
Dopinqdə ilişən idmançılarımız -
Sportfm.az xəbər saytı

Dopinqdə ilişən idmançılarımız -Kimdir onlar?


Bu il dopinqə düşdüyü təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bilinib.

Sportfm.az xəbər verir ki, onların sayı 7 nəfərdir.

2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş 7-ci dünya oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb.

Ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıb. Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və “idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi”nin olması ilə bağlıdır.

Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib.

Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb.

Həmçinin, karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb.

Oxşar xəbərlər

Daha 3 idmançı cəzalandırıldı - AMADA
Gənc güləşçimizə dopinq cəzası - 4 illik
İdmançılarımız dopinqə görə cəzalandırıldı - AMADA
İdmançılarımızın medalları əllərindən alındı - Dopinq
İslam Həmrəyliyi Oyunlarının qalibi cəzalandırıldı - Dopinqə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər