"Azarkeşsiz "Neftçi"ni təsəvvür edə bilmirəm" -Kamran Quliyev
“Neftçi” klubunun prezidenti Kamran Quliyev Konfrans Liqasının 2-ci təfnifat mərhələsində “Aris”lə (Limassol) ilk matçdakı məğlubiyyəti (0:2) şərh edib.
Sportfm.az xəbər verir ki, o, Kiprdəki oyunun final fitindən sonra mərhələni adlayacaqlarını dediyini bildirib. K.Quliyev komandasına inandığını söyləyib: "0:2 hesablı məğlubiyyət faciə deyil. Komandaya və baş məşqçimizə güvənirik".
"Neftçi"nin prezidenti "Aris"lə cavab görüşündə azarkeşlərdən dəstək istəyib: "Azarkeşsiz "Neftçi"ni təsəvvür edə bilmirəm. Onlar əlbəttə ki, çılğın olmalıdırlar. Gəlsinlər, komandamızı dəstəkləsinlər. Onlarla birgə mərhələ keçəcəyik. İnanıram ki, stadionumuz dolu olacaq".
Qeyd edək ki, “Neftçi” – “Aris” cavab matçı iyulun 28-də baş tutacaq.
Oxşar xəbərlər
“Neftçi”yə görə utanıram! Ayıbdır!” - Mircavadov
"Neftçi" Kiprdən məğlub dönür - YENİLƏNİB
"Neftçi"nin baş məşqçisi Kiprdə medianın önünə çıxacaq - Mətbuat konfransı
“Neftçi”nin rəqibi növbəti qələbəsini qazandı
"Neftçi" ilə "Aris" arasındakı görüşlərin saatları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“DH Volley” mübarizəyə başlayır - Çelenc Kuboku














Misli Premyer Liqası