"Araz-Naxçıvan"da daha bir braziliyalı oyunçu -Transfer
Futal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportfm.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə anlaşıb.
26 yaşlı braziliyalı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın heyəti açıqlandı - Çempionlar Liqası
“Araz-Naxçıvan”ın ilkin heyəti - Çempionlar Liqası
"Araz-Naxçıvan"da daha bir oyunçu - Transfer
"Araz Naxçıvan"da iki yeni oyunçu - Transfer
Millimizin heyəti açıqlandı - Slovakiya və Yunanıstanla oyun üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası