reklam
Avropa Kubokunda gümüş medal
Sportfm.az xəbər saytı

Avropa Kubokunda gümüş medal


Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri start götürüb.

Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın yeganə təmsilçisi Samir Piriyev də mübarizəyə qoşulub. Oğlanların 66 kiloqram çəki dərəcəsində yer alan idmançımız ardıcıllıqla Serbiya, Belçika, İsrail və Norveçdən olan rəqiblərini yenərək finala vəsiqə qazanıb. Burada İsrailin digər təmsilçisi Eran Fikslə qarşılaşan Piriyev rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokuna 29 ölkədən 222 idmançı qatılıb.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu gümüş medal qazandı - Qran Pri turniri
Cüdoçularımızdan 5 medal - Açıq Avropa turniri
İki cüdoçumuzdan böyük uğur
Cüdoçularımızdan qızıl və gümüş medallar - Açıq Avropa turniri
4 cüdoçumuz Avropa Kubokunda fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər