Cüdoçularımızdan 5 medal -Açıq Avropa turniri
Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri start götürüb.
Sportfm.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə ümumilikdə 5 medal qazanıblar.
Nazir Talıbov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub. Ruslan Paşayev (66 kq) bürünc medala yiyələnib.
Telman Vəliyev (73 kq) final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub. İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan ilk gündə 3 medal - Avropa çempionatı
İlk gündə 6 medal - Avropa Kuboku
39 ölkə arasında birinciyik - Praqada
Nizami Strasburqu fəth etdi - Cüdo
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək













Misli Premyer Liqası