"Dinamo" klubu satışa çıxarılır
Gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo" (Tbilisi) klubunu satmağı qərara alıb.
Sportfm.az xəbər verir ki, yaxın vaxtlarda bu qərarla bağlı rəsmi açıqlama veriləcək.
Nəşr bildirib ki, azarkeşlərin bir neçə il "Pipiyasız "Dinamo" şüarı səsləndirməsi buna səbəb olub.
56 yaşlı funksioner komandaya bir neçə təcrübəli mütəxəssis və futbolçular cəlb etsə də, fanatların ölkənin ən titullu klubunu yenidən avrokubokların qrup mərhələsində görmək istəyi baş tutmayıb.
Ölkəsinə qayıtmazdan əvvəl uzun illər Rusiyada çalışmış iş adamı 2011-ci ilin yanvarında paytaxt təmsilçisini alıb və "Dinamo"ya bir neçə milyon ABŞ dolları sərmayə qoyub. Onun rəhbərliyi dövründə paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "Dinamo Arena" və məşq bazarı yenidən qurulub, Vitaly Daraseliya adına futbol akademiyası fəaliyyətə başlayıb. (report)
Oxşar xəbərlər
“Dinamo” Zaqreb 17 qat Xorvatiya çempionu oldu
"Dinamo" Premyer Liqamızın bombardirini istəyir
"Neftçi" qələbə qazandı - Çempionlar Liqası
“Dinamo” Ramilə pul ödəmək istəmir - CAS-a müraciət edəcək
Paytaxt klubu 4 ildən sonra yenidən qızıl medalları əldə etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Cəfərquliyev əvəzedici heyətdə qol vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Kapitan futboldan uzaqlaşdırıldı - 1 illik
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa














Misli Premyer Liqası