reklam
Sportfm.az xəbər saytı

"Neftçi"də yeni hücumçu -Transfer


"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, "ağ-qaralar" Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.

22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.

Yeqor Boqomolski ölkəsində Minsk və Brest "Dinamo"sunun, həmçinin “Rux” və “Minsk” klublarının şərəfini qoruyub. O, 2019-cu ildə "Dinamo" (Brest) komandası ilə ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcüstanlı müdafiəçi Solomon Kvirkveliyanı heyətinə qatıb.

Oxşar xəbərlər

“Neftçi” daha bir israilli futbolçu alır - Transfer
"Neftçi" daha bir israilli oyunçu - TRANSFER
“Neftçi”də daha bir futbolçu - Azərbaycana gələcək
Ukrayna millisinin üzvü “Everton”da - Müqavilə
"Sabah" yeni transferini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər