Ağdam klubu azarkeşlərə müraciət etdi
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib.
Bununla yanaşı, tərəfdarlardan oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub: "Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!"
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da başlanacaq.
Oxşar xəbərlər
DYP azarkeşlərə müraciət etdi - Azərbaycan - Avstriya oyununa görə
"Qarabağ" azarkeşlərə müraciət etdi - VİDEO
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Marsel" oyunu ilə bağlı
"Qarabağ" azarkeşlərə müraciət etdi - Konfrans Liqası
Avropa klubu azərbaycanlı azarkeşlərə müraciət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası