reklam
Bütün görüşlərdə məğlub oldular
Sportfm.az xəbər saytı

Bütün görüşlərdə məğlub oldular


Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Sportfm.az xəbər verir ki, iyulun 9-dan paytaxt Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.

Milli səfərdə yerli yığma ilə üç yoxlama matçı da keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək.

Komanda ilk rəsmi matçını avqustun 3-də Bakıda AÇ-2023-ün təsnifat mərhələsində Danimarka komandasına qarşı keçirəcək.

Oxşar xəbərlər

Voleybol yığmamız Belarusa qarşı - Yoldaşlıq görüşü
Yığmamız yoxlama görüşlərində qələbə qazandı
Azərbaycan millisi Belarusa gedir
Millimiz Bakıda hazırlaşır - Avropa çempionatı
Voleybol millimiz Avropa çempionatına hazırlığı bitdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər