Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Voleybol millimiz Avropa çempionatına hazırlığı bitdi
22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.
Sportfm.az xəbər verir ki, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.
Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. "Ay-ulduzlular"la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.
Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 - 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.
Oxşar xəbərlər
Voleybolçularımız təsnifat mərhələsinə qələbə ilə başladı - Avropa çempionatı
Bütün görüşlərdə məğlub oldular
Azərbaycan millisi Belarusa gedir
Azərbaycanın millisi Türkiyəyə yollandı
Polşaya məğlub olan millimiz Niderlanda yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası