Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız yoxlama görüşlərində qələbə qazandı
5-ci İslam Həmrəyliyi Oyunlarına qatılacaq qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq yarışa ciddi hazırlaşır.
Sportfm.az xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadınlardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçib.
Tiflisdə yerli komanda ilə iki yoxlama oyununu qələbə ilə başa vuran həndbolçularımız iyunun 27-dən hazırlığı Bakıda davam etdirirlər.
Komanda iyulun 12-dən 19-dək Tiflisdə növbəti təlim-məşq toplanışına qatılacaq.
Hazırlığa iyulun 23-dən avqustun 1-dək Göygöl Olimpiya Kompleksində sonuncu təlim-məşq toplanışı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Millimiz Tiflisdə qalib gəldi
Bütün görüşlərdə məğlub oldular
Yığmamız hazırlığa başladı
Həndbol komandalarımız təlim-məşq toplanışlarına başladı
Həndbolçularımız Gürcüstanda qüvvələrini sınayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası