Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır -Böyük Dəbilqə
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Ankhzaya Lavjarqalla üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev yunanıstanlı Georgios Azoidislə görüşəcək.
81 kq-dakı Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan), Murad Fətiyev isə Gilerme Şimidtlə (Braziliya) qarşılaşacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır - Dünya çempionatı
Daha 3 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
"Böyük Dəbilqə" başlayır - Cüdoçularımız mübarizəyə qoşulur
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası