reklam
“Qalatasaray”da ayrılıq
Sportfm.az xəbər saytı

“Qalatasaray”da ayrılıq


Vaxtilə “Qalatasaray”da futbolçu kimi çıxış edən, son mövsümdə isə baş məşqçi Domenek Torrenin koməkçisi olan Albert Riera İstanbul təmsilçisindən ayrılıb.

Sportfm.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı sosial media hesabında paylaşım edib:

“2011-ci ildə futbolçu kimi bu böyük kluba gəldim və 11 ildən sonra məşqçi kimi ayrılıram. İndi sizdən öyrəndiklərimi başqa yerdə sınamağın vaxtı gəldi. Özümü təcrübəli və hazır hiss edirəm. Bir gün yenidən görüşəcəyimizə əminəm. “Qalatasaray”ın bir parçası olmaqdan qürur duyuram və hər zaman sizin üçün ən yaxşısını arzulayıram. Bunun vida olmadığını bildiyim üçün üzülmürəm. Tezliklə görüşənədək”.

Riera daha əvvəl “Qalatasaray”da Fatih Terimin köməkçisi vəzifəsində çalışıb. 

Oxşar xəbərlər

Çempionluq və kuboku qazandı, klubdan getdi
“Qalatasaray”ın yeni baş məşqçisi Domenek oldu - TƏYİNAT
Davala “Qalatasaray”dan ayrıldı
Albert Riera "Qalatasaray"da - RƏSMİ
Fatih Terim “Qalatasaray”a qayıdır! - Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər