Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək -Avropa çempionatı
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Onlardan yalnız ikisi - 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar.
63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.
77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, yarımfinal görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi finala yüksəldi - Avropa çempionatı
Xasay Həsənli yarımfinalda - Avropa çempionatı
İki güləşçimiz Avropa çempionu oldu - UĞUR
İki güləşçimiz finalda - Avropa çempionatı
Azərbaycan güləşçiləri erməniyə rəqib oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları
-
Abubakarın yeni klubu bilindi
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı














Misli Premyer Liqası