Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xasay Həsənli yarımfinalda -Avropa çempionatı
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.
Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar yalnız rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edəcəklər.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın 3 güləşçisi yarımfinalda - Avropa çempionatı
Azərbaycan güləşçisi finala yüksəldi - Avropa çempionatı
Güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Güləşçilərimiz Avropa çempionatının yarımfinalında
Nihat dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları
-
Abubakarın yeni klubu bilindi
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı














Misli Premyer Liqası