reklam
Teymur Rəcəbov İddiaçılar Turnirinə bərabərliklə başladı
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov İddiaçılar Turnirinə bərabərliklə başladı


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Oxşar xəbərlər

Rəcəbov sonuncu görüşdə qələbə qqazandı - İddiaçılar Turniri
Rəcəbovun son sınağı - İddiaçılar turniri
Rəcəbov ilk qələbəsini qazandı - İddiaçılar Turniri
Rəcəbov rusiyalı şahmatçı ilə bərabərə qaldı
Rəcəbov Nakamuraya məğlub oldu - İddiaçılar Turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər