Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Konfrans Liqasının hazırlığına start verdi
Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” hazırlığa start verib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümlərarası fasilədəki istirahəti başa vuraraq bir araya gəlib.
Ötən gün komandanın ilk məşqi olub. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərlə başlayıb. Futbolçular məşqi toplu və topsuz çalışmalarla davam etdirib.
Xatırladaq ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. Bölgə təmsilçisi rəqibi ilə iyulun 21-də səfərdə, iyulun 28-də “Qəbələ”də qarşılaşacaq.
Oxşar xəbərlər
“Qəbələ” yeni mövsümün hazırlıqlarına başladı
"Qəbələ" üçün Macarıstan klubu - Konfrans Liqası
“Qəbələ” Türkiyə və Rumınya klublarına qarşı - Toplanış
"Qəbələ" Qəbələdəki oyuna Bakıda hazırlaşır - FOTO
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası