reklam
Həvəskar futbola peşəkar yanaşmanın nəticəsi -
Sportfm.az xəbər saytı

Həvəskar futbola peşəkar yanaşmanın nəticəsi -Dərs çıxarın


Mini-futbol üzrə milli komandamız Avropa Çempionatının qalibi oldu. Bu uğura ən çox sevinənlərdən biri də mənəm. Çünki, uzun illərdi deyirəm, yazıram, paylaşıram ki, göstərirəm ki, öz uşaqlarımıza inanmaq lazımdı, öz uşaqlarımız oynamalıdı, öz uşaqlarımızı hamıdan yaxşıdı. Bunu edən isə Elşad Quliyev oldu. O, Elşad Quliyev ki, artıq Azərbaycan futzalında özünü sübut edib, ilin ən yaxşı məşqçisi adına layiq görülüb, ölkə kubokunun qalibi olub. Ona inanan, arxasında duran, qucaq açan Azərbaycan Mini-futbol Federasiyası və şəxsən Taleh Nəsibov yanılmadıqlarını və bu işi gözəl bildiklərini hər kəsə sübut etdilər. 

Bu komanda tək mənə yox, hər kəsə çox doğmadı. Haqsızlıqlar ucbatından böyük futboldan kənarda qalanlar, gənc yaşda potensialı ola-ola küsdürülənlər, sındırılanlar, bir çox oyunçu Elşad Quliyevin və federasiyasının dəstəyini hiss edərək pandemiya dövründə futbolsuz qalsalar da, çalışmağa, məşq etməyə davam etdilər. 

Dəfələrlə bu komandanın məşqlərini ziyarət etdikdə gördüklərim hər şeyin fərqli olduğu, işə münasibətin eynən Taleh Nəsibovun rəhbərlik etdiyi "Azfar Group" şirkətinin devizi olan "həvəskar futbola peşəkar yanaşma" səviyyəsində idi. 

Komandanın həkimi Samir Məmmədovdan tutmuş inzibatçısına, fotomüxbirinə qədər hamılıqla bir hədəfə köklənən bu millidə uşaqların bir çoxu məşqlərə metro ilə gedib-gəlir, məşqlərdən sonra müxtəlif işlərdə çalışaraq, taksi sürərək, məşqçilik edərək, dərs deyərək həyatlarını qazanmağa çalışırlar. Bu uşaqlar hər kəsə, xüsusən də AFFA-ya sübut etdi ki, azərbaycanlılar futbol oynaya bilir, xarakter göstərə bilir, qalib ola bilir. Sadəcə özümüzünkülərə inanmaq lazımdı. 

Sonda bir daha qalib heyəti sizlərin diqqətinə çatdırıram. 

1. Anar Məmmədov
2.Tanrıverdi Məhərrəmli
3.Tural Nərimanov
4. Vitali Borisov
5. Seymur Məmmədov
6. Asif Zeynalov
7. Elvin Əlizadə
8. Samir Həmzəyev
9. Vüsal İsayev
10. Taleh Babayev
11. Mirmehdi Rzayev
12. Ramil Həsənzadə
13. Orxan Əliyev
14. İlkin Hacıyev
15.Təmraz Əmircanov
16. Rəvan Kərimov
17. Bəxtiyar Soltanov
18. Mehdi Rəsulov
19. Davud Kərimi
20. Elmar Qasımov
Komandamızın qolkiperi Davud Kərimi minifutbol üzrə Avropanın ən yaxşı qapıçısı, Bəxtiyar Sultanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilib.
Qələmə aldı Araz Əhmədov 

Oxşar xəbərlər

Millimiz İraqa qarşı - YENİLƏNİR
Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - TOPLANIŞ
Azərbaycan millisinin üzvləri fəxri ada layiq görüldü
"Zirə"nin yeni prezidenti məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər