Çempionlar Liqasının ilkin təqvimi - SİYAHI
UEFA-nın rəsmi saytında Çempionlar Liqasının 2022/2023 mövsümü üçün ilkin təqvimi dərc edilib.
Sportfm.az xəbər verir ki, turnirin yeni mövsümü iyunun 21-də ilkin seçmə mərhələ ilə başlayacaq. Final matçı isə 2023-cü il iyunun 10-da keçiriləcək.
İyulun 5-dən avqustun 24-dək birinci və ikinci təsnifat mərhələlərinin, eləcə də pley-off mərhələsinin oyunları keçiriləcək.
Qrup mərhələsi sentyabrın 6-dan noyabrın 2-dək davam edəcək. Qrup mərhələsinin belə erkən başa çatması ilin sonunda (noyabrın 21-dən dekabrın 18-dək) Qətərdə dünya çempionatının keçiriləcəyi ilə bağlıdır.
1/8 final fevralın 14-dən martın 15-dək, 1/4 final görüşləri 11, 12 və 18, 19 aprel, yarımfinal oyunları 9, 10, 16 və 17 may tarixlərində keçiriləcək.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Xatırladaq ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında "Qarabağ" təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |