reklam
Pişiyini döyən oyunçuya ağır cəza -
Sportfm.az xəbər saytı

Pişiyini döyən oyunçuya ağır cəza -12 ay ictimai işlər


"Vest Hem"in futbolçusu Kurt Zouma özünün benqal pişiyini döydüyünə görə cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə “Sky Sports" məlumat yayıb. 27 yaşlı fransalı futbolçu 12 ay ictimai işlərə məhkum edilib.  O, növbəti 5 il ərzində pişik saxlaya da bilməyəcək. 

Bundan əvvəl məlum olmuşdu ki, Zuma Temza məhkəməsində keçirilən dinləmədə heyvanların rifahı haqqında qanunun pozulması ilə bağlı iki iş üzrə özünü təqsirli bilib. Videoları çəkən Zumanın qardaşı İoan təhrikdə günahını etiraf edib.

Futbolçunun vəkili Trevor Burke “Vest Hem”in Zoumanı 280 min avro cərimələməsi ilə bağlı məlumatı təsdiqləyib.O, həmçinin futbolçunun alman təchizatçı ilə böyük sponsorluq müqaviləsini itirməsi və Fransa komandasına çağırılmaması faktını qeyd edib.

Oxşar xəbərlər

Fransız futbolçu məhkəməyə verildi - Pişiyi təpiklədiyinə görə
Kurt "Vest Hem"ə keçdi - Transfer
Mbappe PSJ-də bu şərtlə qalacaq - AÇIQLAMA
Məşhur futbolçuya ağır cəza verildi - 6 ay oynamayacaq
"Beşiktaş"dan FİFA-ya şikayət edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər