reklam
Çempionlar Liqasının  kuboku Ukrayna bayrağı ilə bükdü –
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının kuboku Ukrayna bayrağı ilə bükdü –FOTO


“Real”ın qapıçısı Andrey Lunin UEFA Çempionlar Liqasının qaliblərinin mükafatlandırılması mərasimindən sonra turnirin kubokunu Ukrayna bayrağı ilə büküb.

Sportfm.az xəbər verir ki, daha sonra ukraynalı futbolçu xatirə olaraq kubokla şəkil çəkdirib.

Çempionlar Liqasının finalında “Liverpul”la “Real” qarşılaşıb. Oyun “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lunin 2018-ci ildə “Zorya”dan (Luqansk) 8,5 milyon avroya “Real”a keçib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

 

Oxşar xəbərlər

Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Rusiyanın şikayəti təmin olunmadı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər