“Çelsi”nin satışı təsdiqləndi -Rəhbərlik tərəfindən
İngiltərə Premyer Liqası “Çelsi” klubunun ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.
Sportfm.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Klubu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcək. Ümumi sərmayənin 2,9 milyard avrosu “zadəganlar”ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.
Xatırladaq ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra “Çelsi”nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Abramoviç "Çelsi"ni satdı - RƏSMİ
"Çelsi"nin yeni sahibləri bəlli oldu - Razılığa gəlindi
"Çelsi"nin qiyməti artdı - 4 milyard
"Çelsi"ni isveçrəli almaq istəyir - Növbəti həftə
Abramoviç "Çelsi"dən göndərildi - Məcburiyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası