Süleymanov əfqan Mansuri ilə görüşəcəkAvropa çempionatı
Azərbaycanın daha 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı Lin Kovaçiçlə üz-üzə gələcək.
80 kq-dakı Taleh Süleymanov eyni raundda RTA komandasından əslən əfqan olan Fərzad Mansuri ilə görüşəcək.
Qadın taekvonduçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı Mixal Zrihenlə, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli Mervenur Evci ilə qarşılaşacaq.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı Luis Najera olacaq. Parataekvondo üzrə Avropa Çempionatı digər qitələr üçün açıqdır.
Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Qitə çempionatı mayın 22-də başa çatacaq.
Oxşar xəbərlər
Daha iki təmsilçisi medalsız qaldı - Dünya çempionatı
Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Rafael Ağayev mübarizəyə başlayır
2 idmançımız Avropa Çempionatında bürünc qazandı
Olimpiya çempionumuz mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası