reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Litvaya yollanır


"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası bu gecə Litvaya yola düşəcək.
 
Sportfm.az xəbər verir ki, yeniyetmələr paytaxt Vilnüsdə keçiriləcək "Ateitis Cup" turnirində iştirak edəcəklər. Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. "Qəbələ" B qrupunda qərarlaşıb və aşağıdakı rəqiblərlə görüşəcək: "Minsk" FK (Belarus), "Legion" (Estoniya), "Jalgiris" (Litva), "Riqa" FK (Latviya). Digər qrupda yerli "Baltay”, BATE, SDJUSSHOR "Dinamo” (hər ikisi Belarus), RFSH Riqa (Latviya) və məşhur İtaliya "Torino”su çıxış edəcəklər.
 
Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. "Qəbələ"nin keçirəcəyi sonuncu oyundan öncə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla anılacaqlar. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.

Oxşar xəbərlər

Millimiz Belarus və Rusiya yığmaları ilə üz-üzə gələcək
Azərbaycan yığması Litvaya yollandı
“Qarabağ” 2-ci oldu - MDB klublarının reytinqi
Yığmamız yenə məğlub oldu
"Qəbələ" bürünc medala sahib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər