reklam
Mahirin komandasından böyük uğur -
Sportfm.az xəbər saytı

Mahirin komandasından böyük uğur -Xorvatiya çempionu oldu


Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Sportfm.az xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

"Sibenik" - "Dinamo" (Zaqreb) - 0:2

Qollar: Toliç, 40, Boçkay, 53

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

Oxşar xəbərlər

İlk qolu Mahir vurdu, "Dinamo" qalib gəldi - Xorvatiya çempionatı
“Dinamo” Zaqreb 17 qat Xorvatiya çempionu oldu
Mahir Emreli qızıl medalına qovuşdu - Xorvatiya çempionatı
Mahir ehtiyatda qaldı, çempion oldu
Emreli ehtiyatda qaldı, "Dinamo" böyükhesablı qələbə qazandı - Xorvatiya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər