Qızıl medal Qazax idmançısına qismət oldu -Azərbaycan çempionatı
Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 17-dək olan ağırlıqqaldıranlar arasında 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, toplam 178 kq (78 kq + 100 kq) nəticə ilə Qazax idmançısı Amin Osmanov qızıl medal qazanıb.
Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82 kq + 92 kq) gümüş, Dəniz Cabbarlı (78 kq + 96 kq) bürün medalçı olub.
Azərbaycan çempionatına bütün şəhər və rayonların idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-dək yeniyetmə atlet qatılıb. Bu gün yaşı 15-dək olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.
Oxşar xəbərlər
Daha bir çəkidə qaliblər bilindi - SİYAHI
Birincilik davam edir
Azərbaycan birinciliyində ilk yarış gününə yekun vuruldu - FOTO
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Lənkəranlı atlet qızıl medala sahib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası