reklam
Taysonun xahişini məhkəmə nəzərə aldı
Sportfm.az xəbər saytı

Taysonun xahişini məhkəmə nəzərə aldı


Təyyarədə sərnişini döyən boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Taysonun taleyi məlum olub.

Sportfm.az xəbər verir ki, bu barədə prokuror Stiven Vaqstaff məlumat verib.

55 yaşlı keçmiş idmançıya təyyarədə davaya görə ittiham irəli sürülməyəcək.

“Qərar qarşıdurma zamanı yaranan şəraitə əsaslanır ki, buna hadisədən əvvəl zərərçəkmişin davranışı, Tayson və zərərçəkmiş arasında qarşılıqlı münasibət, eləcə də hər iki tərəfin bu işdə ittiham irəli sürməmək xahişləri daxildir”, – deyə prokuror açıqlama verib.

San-Fransiskodan Floridaya uçan təyyarədə baş verən insidentlə bağlı aprelin 21-də məlumat verilmişdi. Yola düşməzdən əvvəl Tayson pərəstişkarları ilə şəkil çəkdirib. Onlardan birinin israrla idmançı ilə danışmağa çalışması onu qəzəbləndirib. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirdikdən sonra təyyarədən enib.

 

Oxşar xəbərlər

Tayson təyyarədə sərnişini döydü - VİDEO
Roy Cons Mayk Taysondan təzminat tələb etdi - Döyüş təxirə salındığı üçün
Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi
“Avradımı Bred Pittlə yataqda tutdum” - Mayk Tayson
Mayk Tayson Kadırovla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər