reklam
Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi
Sportfm.az xəbər saytı

Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi


Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Sportfm.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib. Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. 

Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib. 

Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər. 

Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Beşqat dünya çempionu bəraət aldı - Cinayət əməli sübuta yetirilmədi
Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay
Ehram Məcidovun məhkəməsi təxirə salındı
Bakıda dələduzluqda təqsirləndirilən tanınmış idmançıya 8 il iş istəndi
"Topaz"da uduzdu, 12 il həbsi istəndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər