Güləşçilərimizdən uğurlu start
Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində yeniyetmə arasında keçirilən "Victory cup" turnirinin ilk 2 günündə 12 medal qazanıb.
Sportfm.az xəbər verir ki, bunların 2-si qızıl, 4-ü gümüş, 6-sı isə bürünc olub.
Sərbəst güləşçilərindən Ağanəzər Novruzov (71 kq) 1-ci, Sadiq Hüseynov (45 kq) 2-ci, Muhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) 3-cü yeri tutublar.
Yunan-Roma güləşçilərindən Murad Əliyev (51 kq) qızıl, Hüseyn Savadov (45 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) gümüş, Vüsal Quluzadə (51 kq) isə bürünc medal əldə edib.
Qadın güləşində isə Aysel Məmmədzadə (46 kq) 3-cü olub.
Bu gün həmçinin digər çəkilərdə mübarizəyə start verilib. Sərbəst güləşdə Vasif Bağırov (48 kq), İlyas İsayev (65 kq) və Şəmistan Axundov (80 kq) finala yüksəlib. Təbriz Bayramov (80 kq) bürünc medal üçün güləşəcək. Yarımfinal görüşündə hesabda 5:1 öndə olarkən ayağından ciddi zədə alan Musa Ağayev (65 kq) isə yarışı başa vurmaq məcburiyyətində qalıb.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq), Əli Əlizadə və Seymur Qasımov (hər ikisi 65 kq) finala vəsiqə qazanıb. Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qızların yarışında Elvina Kərimzadə (43 kq) və Ruzanna Məmmədova (49 kq) finala adlayıb. Yarımfinalda məğlub olan Fatimə İsayeva (65 kq) isə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, turnirə mayın 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
Güləşçilərimiz “Victory cup”da çıxış edəcək
Güləşçimiz favoritlər siyahısında - UĞUR
Dünya Kubokunun proqramı müəyyənləşdi - SİYAHI
İstanbuldan Bakıya 2 qızıl medal gətirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası