Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahirsiz uğur qazanan "Dinamo"
Futbol üzrə Xorvatiya çempionatında 2022/23 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gəlib. “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan matçda 5 qol qeydə alınıb. Yekunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
Mahir bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan Azərbaycan millisinin hücumçusunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Oxşar xəbərlər
Mahir "Dinamo"nun uduzmasını seyr etdi
Axır ki, Mahir meydana çıxdı - Xorvatiya Çempionatı
Mahir üçün 45 dəqiqə - Xorvatiya çempionatı
Mahir Emreli "Dinamo"nun ikinci komandasına göndərildi
Mahir Emreli Super Kubokun qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası