reklam
Boksçumuz dörddəbir finalda -
Sportfm.az xəbər saytı

Boksçumuz dörddəbir finalda -Avropa çempionatı


Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

Sportfm.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində gücünü yoxlayan yığmamızın üzvü yarışa səkkizdəbir final mərhələsindən qoşulub. O, debüt görüşündə Telet Yağlı (Türkiyə) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb – 4:0.

K.Babayev aprelin 19-da dörddəbir finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə millimizin üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.

Oxşar xəbərlər

Boksçumuz Avropa çempionu oldu - Uğur
Boksçumuz finalda - Avropa çempionatı
Boksçumuz medalı təmin etdi - Avropa çempionatı
Boksçularımız qələbə ilə başladı - Avropa birinciliyi
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər