Türkiyə mətbuatı Şeydayevdən yazdı
Türkiyənin trtspor.com.tr saytı "Qarabağ"ın futbolçusu Ramil Şeydayev haqda yazıb.
Sportfm.az xəbər verir ki, portalın "İndi haradadır?" bölməsində bu dəfə millimizin üzvünə yer verilib. 2016-2018-ci illərdə "Trabzonspor"a məxsus olan və burada cəmi 3 oyun keçirən Ramillə bağlı yazılıb:
"Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına Rusiyada başlayıb. “Zenit”in ikinci komandasında və "Rubin"də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikəm “Trabzonspor”la müqavilə imzaladı. Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə "Jilina" və "Qarabağ"da icarə əsasında oynamış forvard, 2018-ci ildə "Krılya Sovetov"la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.
Rusiyada bir mövsüm də "Dinamo" (Moskva) klubunda oynayan Şeydayev 2020-ci ildə "Sabah"a keçərək yenidən Azərbaycan Premyer Liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı "Qarabağ"da ikinci dönəmini yaşayır" - deyə yazıda bildirilib.
Oxşar xəbərlər
Ramil Şeydayev "Krılya Sovetov"da seçimini etdi
Şeydayev rəsmən Rusiya klubunda
Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
"Trabzonspor" Ramil Şeydayevi satır
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
Güləşçimiz finalda - Dünya çempionatı















Misli Premyer Liqası