
“Səbail” 50-ni arxada qoydu
“Səbail” Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub. Bu, II turun “Sumqayıt”la səfər matçına təsadüf edib.
Sportfm.az xəbər verir ki, bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində ikinci qola imza atan Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub. Belə ki, bu görüşədək Premyer Liqada 57 oyun keçirən “Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017/18 mövsümündə yüksək dəstədə debüt edən komanda ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib. Cari mövsümün ilk turunda 1 qola sevinən “Səbail” bu rəqəmi 48-ə çatdırıb. 58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-dir. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib. Qeyd edək ki, paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdur. O, 2017-ci il avqustun 13-də “Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |