reklam
Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi -
Sportfm.az xəbər saytı

Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi -Avropa çempionatı


Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.

87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda erməni David Ovasapyanla qarşılaşan idmançı inamlı qələbə qazanıb - 5:1. Kandelaki yarımfinalda Rza Kayaalpla (Türkiyə) görüşəcək.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək, adını yarımfinala yazdırıb. Məmmədovun bu raunddakı rəqibi Hraçya Poqosyan (Ermənitsan) olacaq.

Mübarizəyə 1/4 finaldan start verəcək Eldəniz Əzizli (55 kq) Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi ilə,qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

Oxşar xəbərlər

Üç güləşçimiz Avropa çempionatının finalında!
Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır - Avropa çempionatı
Yunan-Roma güləşçilərinin ilk rəqibləri məlum oldu - Avropa çempionatı
2 idmançımız finalda - Xatirə turniri
Güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər