reklam
FİFA yeni qaydalar tətbiq edəcək -
Sportfm.az xəbər saytı

FİFA yeni qaydalar tətbiq edəcək -İcarə şərtləri dəyişir


FIFA futbolçuların icarəyə verilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.

Sportfm.az xəbər verir ki, yeni reqlamentə görə, bundan sonra oyunçu üçün minimum icarə müddəti iki transfer pəncərəsi arasındakı dövr olacaq. Maksimum müddət isə bir il təşkil edəcək.

Bundan əlavə, icarədə olan oyunçunu yenidən eyni şərtlərlə heyətə qatmaq mümkün olmayacaq.

FİFA həmçinin öz aralarında oyunçu mübadiləsi aparan klublara bunu üç dəfədən artıq etməyə qadağa qoyub. Artıq heç bir klub başqa komandaya 3-dən çox oyunçunu icarəyə verə və eyni sayda futbolçunu ala bilməz.

Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Yeni qaydalar yaşı 21-dən aşağı olan futbolçulara, eləcə də klubun öz yetirmələrinə şamil edilmir.

Oxşar xəbərlər

Futbolçular üçün yeni icarə qaydaları - FİFA
FİFA qaydaları dəyişir - Yığma komandanı dəyişmək asanlaşacaq
FİFA-dan yeni qayda - İki klub bir-birinə 3 futbolçu icarəyə verə bilər
FİFA yeni limit tətbiq edir - İcarəyə az verin
FİFA qərar verdi: DÇ-2018-də bu qaydalar tətbiq olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər