Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİFA qərar verdi: DÇ-2018-də bu qaydalar tətbiq olunacaq
FİFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının reqlamentində bəzi dəyişikliklər edib. Komanda.az xəbər verir ki, bu qaydalardan bəziləri Fransada keçirilən son Avropa çempionatında sınaqdan keçirilmişdi. Amma artıq bu qaydaların dünyanın ən mötəbər futbol turnirində də tətbiqinə qərar verilib.
DÇ-2018-də istifadə olunacaq qaydalar bunlardı:
1) Yeni qaydalara əsasən, seçmə mərhələnin yekununda komandalar eyni xala malik olsa, ilk olaraq top fərqinə baxılır. Top fərqi də eyni olsa, komandaların öz aralarında keçirdiyi oyunların nəticəsi əsas götürülür. Dəyişikliyə əsasən, bu halda da hər iki tərəf bərabər hüquqa malik olsa, o zaman komandaların hesabındakı sarı vərərəqələrin sayı hesablanır və daha az vərəqəyə sahib olan komandaya üstünlük verilir.
2) Bundan sonra hər bir millinin forma komplektində adsız və nömrəsiz qapıçı geyim dəsti olmalıdı. FİFA bu addımı qapıçının zədələnməsi və ya meydandan qovulması zamanı komandada əvəzetmə limitinin dolması ilə əlaqələndirib. Belədə, çərçivəni qoruyacaq sahə oyunçularında biri məhz bu adsız və nömrəsiz formanı geyinəcək.
3) Yeni reqlamentə əsasən, artıq dünya çempionatının finalında federasiya prezidentinin mükafatı təqdim etməsi məcburi deyil. Bunu qurumda vitse-prezident və ya başqa yüksək vəzifəli nümayəndə də edə bilər.
Oxşar xəbərlər
FİFA yeni qaydalar tətbiq edəcək - İcarə şərtləri dəyişir
FİFA-dan yeni qərar - stadionlarda pivə satacaq
Videotəkrardan istifadə olunacağı vaxt açıqlandı
DÇ-2018-də video təkrarlar sistemi tətbiq edilə bilər
Dünya çempionatında 40 komanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama















Misli Premyer Liqası