Azərbaycan yığması Maltaya qarşı -Yoldaşlıq görüşü
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.
Sportfm.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Malta yığması ilə üz-üzə gələcək.
Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq.
Qarşılaşma komandalar arasında 9-cu duel olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma 3 dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var - 13:9.
25 mart
Yoldaşlıq oyunu
22:00. Malta - Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali. Milli Stadion.
Qeyd edək ki, Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Millimiz yenə məğlub oldu
Millimiz Maltaya məğlub oldu - Yoldaşlıq görüşü
Millimiz Maltaya yola düşdü - Yoxlama görüşü üçün
Yığmamız Maltada Lixtenşteynlə üz-üzə gələcək
Millimiz Malta ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
MOİK 3–1 “Karvan-Yevlax” - VİDEO
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
18 matçın nəticələri - Konfrans Liqası















Misli Premyer Liqası