Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" gürcüstanlı futbolçu transfer etdi
"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün "qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər komandanın formasını geyəcək. Qoroziya "Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən "Stabek” klubundan gəlib. 2014-cü ildən "Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin "Lokomotiv” və Kutaisinin "Torpedo” klubunda forma geyib. Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.
Oxşar xəbərlər
Ramilin komandasında gürcüstanlı hücumçu
"Zirə" İsrail klubundan futbolçu aldı - RƏSMİ
“Zirə”də yeni hücumçu
"Zirə" sadiq futbolçusunu geri qaytardı
"Zirə"dən rəsmi transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası