Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız Türkiyədə 15-ci oldu
Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Velo Alanya Junior” yarışı sona çatıb.
Sportfm.az xəbər verir ki, 9 ölkədən 17 komandanın tərkibində 83 velosipedçinin mübarizə apardığı 2 günlük turnirdə Azərbaycanın idman şərəfini gənclər yığmamızın üzvü Kamran Mirzəxanov qoruyub.
İlk yarış günündə iştirakçılar 6,3 km məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdiriblər. Bu növdə 20-ci olan Kamran 101 km-lik qrup ötüşməsində daha yaxşı çıxış edib. O, finiş xəttini 10-cu keçməklə ümumi təsnifatda 15-ci nəticə göstərib.
Oxşar xəbərlər
"Əziz Şuşa" beynəlxalq velosiped yarışı keçiriləcək
Yığmamız üçün beynəlxalq turnir - 10 komanda
Musa Azərbaycan çempionatının qalibidir
Azərbaycanın "Tokio-2020"yə qazandığı lisenziya xalı 43-ə yüksəldi
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası