reklam
Emreli derbidə 56 dəqiqə oynadı -
Sportfm.az xəbər saytı

Emreli derbidə 56 dəqiqə oynadı -Şans


Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib. 

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb. 

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0. 

Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O. 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib. 

"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib. 

Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir. 

 

Oxşar xəbərlər

Emreli derbidə oynamayacaq
Emreli oynadı, "Qalatasaray"ın seriyası qırıldı
Emrelinin komandası derbi oyununa çıxır - Xorvatiya I Liqasında
Mahirdən növbəti qol - VİDEO
Emreli oynadı, komandası evdə uduzdu - Uğursuzluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər