Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mariya Şarapova hər kəsi Ukraynaya yardım etməyə çağırdı -FOTO
Rusiyalı məşhur tennisçi Mariya Şarapova Ukraynada müharibədən əziyyət çəkən uşaqlar üçün maddi yardım edib.
Sportfm.az xəbər verir ki, bu barədə idmançı öz instaqram hesabında paylaşım edib:
“Hər keçən gün Ukraynada artan böhrandan əziyyət çəkən ailələrin və uşaqların fotoları məni çox kədərləndirir. Ehtiyacı olan ailələri dəstəkləmək üçün çalışıram. Onlara qida, su və digər ehtiyacı olan vasitələri çatdıran “Save the Children” (Uşaqları qoruyaq) təşkilatına ianə edirəm. Hər kəsi də bu aksiyaya qoşulmağa çağırıram. Mən sülh üçün dua edirəm və bütün əziyyət çəkən insanlara sevgimi göndərirəm”.
Oxşar xəbərlər
Mariya Şarapova ana olmağa hazırlaşır - FOTO
“Reyncers” Ukraynaya maddi yardım edəcək - 72 min funt sterlinq
Bekhem ukraynalı uşaqlara 1 milyon bağışladı - YARDIM
"Futbolçular insanlara yardım etməyə borcludular” - Fabio Kapello
Türkiyə klubunun bombardiri uşaqları unutmadı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası