Qadın güləşçilərimiz yarımfinalda -Dünya çempionatı
Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.
55 kq-dakı Elnurə Məmmədova eyni raundda Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.
Nəzərova finala gedən yolda Şeker Şimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanın qadın güləşçiləri məğlub oldu - Avropa çempionatı
Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Güləşçimiz yarımfinalda - Dünya çempionatı
İki qadın güləşçimiz yarımfinalda - Avropa çempionatı
Yeniyetmə qızlardan Olimpiadaya 1 lisenziya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası