reklam
Namikin komandasında yeni baş məşqçi -
Sportfm.az xəbər saytı

Namikin komandasında yeni baş məşqçi -Detallar açıqlanmadı


Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, komandanı Mustafa Er çalışdıracaq.

42 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. O, bu vəzifədə bu gün istefaya göndərilən Tamer Tunanı əvəzləyib.

Qeyd edək ki, Mustafa Er futbolçu kimi "Bursaspor"un yetişdirməsi olub. Bir neçə il klubun aşağı yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışan mütəxəssis 2018 və 2020-2021-ci illərdə əsas komandanın baş məşqçisi olub.

"Bursaspor" Türkiyə 1-ci liqasında 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. 

Oxşar xəbərlər

Namikin baş məşqçisinə ağır cəza verildi - Diskvalifikasiya olundu
Namik Ələskərovun klubu baş məşqçisini göndərdi - Müqavilə ləğv edildi
Namikin komandası ilin son matçına çıxır - Türkiyə I Liqası
Millimizin futbolçusu üçün yeni baş məşqçi - RƏSMİ
Ələskərov yeni baş məşqçi ilə çalışacaq - Müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər