Rusiya komandaları bütün yarışlardan kənarlaşdırıldı -FIFA və UEFA
FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
Sportfm.az xəbər verir ki, ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.
Eyni zamanda "Spartak" Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. "Leyptsiq" oynamadan növbəti mərhələyə yüksələcək.
Martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq.
Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Rusiyanın qadınlardan ibarət komandası iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.
Oxşar xəbərlər
Rusiya telekanalları FİFA-ya 39 milyon ödəyəcək
İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Türkiyə millisi Portuqaliyaya qarşı - DÇ-2022
Polşa finalda - DÇ-2022
İnfantino inadından əl çəkmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15















Misli Premyer Liqası