reklam
Cüdo yığmamız birinci oldu -
Sportfm.az xəbər saytı

Cüdo yığmamız birinci oldu -Açıq Avropa turniri


Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Açıq Avropa turnirində Azərbaycan yığması kişilərin mübarizəsində ümumi komanda hesabında birinci yeri tutub.

Sportfm.az xəbər verir ki, 34 ölkədən 493 idmançının iştirak etdiyi yarışda 6 çəki dərəcəsində ümumilikdə 13 idmançıdan 5-i turniri medalla başa vurub.

Bu nəticə ilə həm də ümumi sıralamada üçüncü yer əldə olunub.

Qeyd edək ki, turnirin birinci günü 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov qızıl, Rövşən Əliyev bürünc medal qazanıb. Həmçinin 66 kq çəkidə İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov gümüş medala yiyələnib. Yarışın ikinci günü 100 kq-dan yuxarı çəkidə İmran Yusifov bürünc medala layiq görülüb.

Daha əvvəl İsrailin Təl-Əviv şəhərindəki Böyük Dəbilqədə də Azərbaycan yığması kişilərin mübarizəsində birinci yeri tutmuşdu.

Oxşar xəbərlər

Avropada ən güclüyük - Cüdo üzrə
Azərbaycan yığması Avropa çempionu oldu
2 qızıl, 1 gümüş və 1 bürünc - Polşada böyük uğur
Millimiz 40 ölkə arasında 4-cü oldu - Avropa çempionatı
Para Cüdo üzrə Respublika Çempionatı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər