2 qızıl, 1 gümüş və 1 bürünc -Polşada böyük uğur
Polşanın paytaxtı Varşavada keçirilən Açıq Avropa turnirinin birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə Avstraliya təmsilçisi Coşua Katsa qalib gələrək qızıl medal əldə edib.
Həmin çəkidə mübarizə aparan digər azərbaycanlı cüdoçu Rövşən Əliyev bürünc medal uğrunda görüşdə həmyerlisi Nazir Talıbovu yenib. Nəticədə Əliyev bürünc medal qazanıb, Talıbov isə 5-ci yeri tutub.
66 kq çəkidəki final görüşündə də iki Azərbaycan cüdoçusu - İsmayıl İbrahimov və İbrahim Əliyev üz-üzə gəlib. Nəticədə Əliyev qızıl, İbrahimov gümüş medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan yarışın ikinci günündə oğlanlar arasında 81 kq, 90 kq və +100 kq çəki dərəcələrində ümumilikdə 5 idmançı ilə təmsil olunacaq.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan ilk gündə 3 medal - Avropa çempionatı
39 ölkə arasında birinciyik - Praqada
Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Cüdo yığmamız birinci oldu - Açıq Avropa turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək














Misli Premyer Liqası